"Bakıda heç-heçə bizi qane etməyəcək" - "Ferentsvaroş"un futbolçusu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ferentsvaroş"un futbolçusu Kristofer Zakariassen Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunlar haqda fikirlərini bölüşüb.
28 yaşlı yarımmüdafiəçi nemzetisport.hu-a müsahibəsində Ağdam təmsilçisi ilə matçlarda diqqətli oynamalı olduqlarını deyib: "Qarabağ"ı kifayət qədər analiz etmişik. Mən saata baxmadım. Amma peşəkar məşqçilər əvvəllər olduğu kimi bu dəfə də bizə çoxlu məlumat verdilər. Bilirik ki, Azərbaycan çempionu əsasən hücum futbolu oynayır, müdafiə olunmağı sevmir. Onlar qol vəziyyətləri yaradanda, irəli gedəndə, matça nəzarət edəndə oyundan həzz alırlar. Diqqətimizi cəmləməliyik ki, çərşənbə günü "Qarabağ" öz oyununu bizə qəbul etdirməsin. Əvvəllər Azərbaycanda olmamışam, ilk dəfədir ki, ora gedirəm. İnanıram ki, evə xoş xatirələrlə qayıdacağam".
Kristofer Bakıdakı ilk matçda "Qarabağ"ın irəliyə atılacağını və hücum futbolu oynayacağını gözlədiyini bildirib: "Mən rəqibin geri çəkiləcəyini düşünmürəm. Mərhələnin ilk oyununu evdə keçirirlər. Yəqin ki, tribunada çoxlu tamaşaçı olacaq. Dediyim kimi, rəqib güclü hücumlar qurur. Azərbaycan klubu başqa taktika seçsəydi, təəccüblənərdim. Onların baş məşqçisi 2008-ci ildən bu komandanı çalışdırır. Ona görə də o, komandanı və mühiti mükəmməl bilir. Futbolçular peşəkar məşqçi heyətinin onlardan nə gözlədiyini bilirlər".
Norveçli futbolçu "Qarabağ"ın 9 dəfə Azərbaycan Premyer Liqasının qazanmasının təsadüfi olmadığını deyib: "Qarabağ" müasir üslubda futbol oynayır. "Qarabağ"ın 9 qat ölkə çempionu olması təsadüfi deyil. Son çempionatda komanda cəmi bir dəfə məğlub olub və cəmi 13 qol buraxıb. Biz isə irəliləmək üçün əlimizdən gələni etməliyik".
Kristofer Bakıda qalib gəlmək istədiklərini söyləyib: "Öz futbolumuzu oynaya bilsək, əlbəttə ki, heç-heçə bizi qane etməyəcək. Oyunu səbirsizliklə gözləyirik. Özümüzə inamımız da yerindədir".
Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə oynanılacaq. Bu qarşılaşmaya isə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı





