İdman

Qurban Qurbanovla "Sürix"in futbolçusu arasında insident baş verib

27 İyul 2022 23:32
0 Şərh     Baxış: 1 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında insident baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, 101-ci dəqiqədə Ramil Şeydayevə qarşı kobudluqdan sonra Qurban Qurbanov görüşün baş hakimi Allard Lindhauta etiraz edib. Bu isə meydanın sahiblərinin qaydanı pozan oyunçusu Fidan Alitiyə xoş gəlməyib və o, 50 yaşlı mütəxəssisin etirazına sərt reaksiya verib. Qurbanov futbolçunu sakitləşdirərək, ona barmağı ilə "Əla" işarəsi göstərib.

"Qarabağ"ın tərcüməçisi Aydın Rüstəmov isə "Sürix"in baş məşqçisi Franko Fodaya yaxınlaşaraq, ona öz iradlarını bildirib və oyunçunun hörmətsizlik etdiyini vurğulayıb.

Qeyd edək ki, hazırda "Sürix" - "Qarabağ" matçında əlavə vaxt oynanılır və hesab bərabərdir - 2:2.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.