İdman

Azərbaycanın 4 güləşçisi medal qazanıb

26 İyul 2022 22:27
0 Şərh     Baxış: 870

Azərbaycanın yunan-Roma güləşçisi Fəraim Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında final görüşünə çıxıb.

55 kq-da yer alan idmançı həlledici qarşılaşmada hindistanlı Surac Suracla üz-üzə gəlib.

Rəqibinə 0:11 hesabı ilə uduzan Mustafayev gümüş medalla kifayətlənib.

48 kq-da çıxış edən Səid Xəlilov isə bürünc medal uğrunda qarşılaşmada yaponiyalı Yu Takemotoya 9:1 hesabıyla qalib gələrək, dünya üçüncüsü olub.

80 kq-da çıxış edən İsmayıl Rzayev finalda türkiyə Alperen Berberə 2:3 hesabı ilə uduzaraq, ikinci yeri tutub.

110 kq-da mübarizə aparan Məzahim Mərdanov bürünc medal qarşılaşmasında gürcüstanlı Davit Mqeladzeyə 6:4 hesabı ilə qalib gəlib.

65 kq çəki dərəcəsindəki Əli Əlizadə isə 3-cü yer medal uğrunda görüşdə özbəkistanlı Behruz Barnoyevlə bacarmayıb - 3:9.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics