İdman

"Qəbələ"nin dili qatlanan futbolçusundan yeni xəbər

25 İyul 2022 21:44
0 Şərh     Baxış: 1 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Fehervar"la ilk matçda zədələnən "Qəbələ"nin futbolçusu İlkin Qırtımov komanda ilə məşqlərə başlayıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, dünən fərdi hazırlıq keçən müdafiəçi bu gündən kollektiv çalışmalarda iştirak edir.

Digər zədəlilər - Urfan Abbasovla Gülağa Əsədov proqram üzrə bərpa prosesi keçir. Yaovi Akakpo isə əməliyyat sonrası müalicəsini davam etdirir.

Xatırladaq ki, İ.Qırtımov "Fehervar"a 1:4 hesabı ilə uduzduqları səfər matçının ilk hissənin sonlarına yaxın ciddi zədə alıb. Ağrıdan şoka düşən futbolçunun dili qatlanıb. Bu zaman ona ilk yardımı kapitan Asif Məmmədov edib. Meydanı xərəkdə tərk edən Qırtımov daha sonra ambulansla xəstəxənaya aparılıb və bir neçə saat həkim nəzarətində qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.