İdman

"İdeyalarımızı həyata keçirmək istəyirik" - Kadi

19 İyul 2022 22:14
0 Şərh     Baxış: 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın futbolçusu Kadi Borges Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"inə qalib gəldikləri ilk matç (3:2) barədə fikirlərini bölüşüb.

Komandasının görüşdəki ilk qolunu vuran oyunçu qarşılaşmadan dərhal sonra "CBC Sport"a açıqlamasında bu sözləri deyib:

"Həm bu oyunda, həm də "Lex"lə matçda yaxşı çıxış etdik. Çalışırıq ki, məşqlərdə etdiyimizi oyuna daşıyaq. Hər oyun fərqlidir. Müəyyən ideyalarımız var ki, onları həyata keçirmək istəyirik. Əsas məqsədimiz budur. Rəqibin müdafiəsində problemlərin olmasını düşünməməliyik. Növbəti görüşdə də baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq".

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 1 həftə sonra İsveçrədə olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.