İdman

İti xəstələndiyinə görə “Qarabağ”la oyuna gəlməyəcək

17 İyul 2022 14:37
0 Şərh     Baxış: 1 378
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Sürix"in prezidenti Ançillo Kanepa Bakıya gəlməyəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Kanepa itinin əməliyyat olunduğuna görə "Sürix"in səfər matçına gəlməyəcək.

"Mən evdə qalacam. İtlərimdən biri belindən əməliyyat olunub. İstəmirəm ki, başqa adam ona günlərlə baxsın. Mən onun yanında olmaq istəyirəm. Ona görə də Bakıya səfər etməyəcəm".

Qeyd edək ki, "Qarabağ" - "Sürix" oyunu iyulun 19-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.