İdman

İtaliya nəhəngi türkiyəli ulduzu transfer edir

14 İyun 2022 17:45
0 Şərh     Baxış: 1 235
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Roma" heyətini yeni futbolçu ilə gücləndirəcək.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, "canavarlar" Türkiyə millisinin və "Lill"in müdafiəçisi Zeki Çeliki transfer edəcək. Bu barədə jurnalist Canluka di Martsio "tvitter" hesabında məlumat yayıb. Mənbəyə görə, paytaxt klubunun çalışdırıcısı Joze Mourinyo 25 yaşlı oyunçunu komandasında görmək istəyir.

Qeyd edək ki, Zeki başa çatan mövsümdə "Lill" formasıyla 40 matçda 3 qol və 3 məhsuldar ötürmə edib. Onun Fransa təmsilçisi ilə sözləşməsi 2023-də başa çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.