İdman

“Şamaxı”nın sabiq futbolçusu azərbaycanlı xanımla Kamerunda toy etdi - VİDEO

13 İyun 2022 09:15
0 Şərh     Baxış: 2 969
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Keşlə"nin (indi "Şamaxı" adlanır) sabiq hücumçusu Anatoli Abanq özünə Kamerunda toy edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, paytaxt Yaounde şəhərində keçirilən məclisdə futbolçunun yaxınları iştirak ediblər.

Qeyd edək ki, Abanq azərbaycanlı Adelya xanımla ailə qurub. Cütlük hücumçu hələ "Keşlə"də çıxış edərkən Bakıda da toy məclisi qurmuşdular.

25 yaşlı forvard hazırda Birləşmiş Ərəb Əmirliyinin "Əl Bataeh" klubunda forma geyinir.

Cütlüyün bir övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.