İdman

Davud Kərimi gündəm olan müsahibəsindən və ən çətin oyundan danışdı - VİDEO

13 İyun 2022 07:55
0 Şərh     Baxış: 1 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mini-futbol üzrə Avropa çempionu olan Azərbaycan millisinin qapıçısı Davud Kərimi hava limanında jurnalistlərin suallarını cavablandırıb. Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, təcrübəli çərçivə qoruyucusu qitə birinciliyində əldə olunan kubokdan danışıb.

Kərimi öncə ingilis dilində verdiyi və gündəmə düşən müsahibəsindən söz açıb: "Müsahibə verərkən "go, go, go final..." demişdim və elə də oldu. Həlledici oyuna kimi gəlib çıxdıq. Qalib olduq. Bizi sevən millətin duası idi ki, qələbə qazandıq".

O, turnirdəki ən çətin oyunun Slovakiyaya qarşı olduğunu bildirib: "Ən çətin görüş Slovakiyaya qarşı oldu. Həm hakimlərin, həm azarkeşlərin böyük təzyiqi var idi. Amma həmin oyundan qalib ayrıldıq. Məhz bu matçdan sonra düşündük ki, biz birinci yeri tuta bilərik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.