"Komanda layiqli yerini tutdu" - Elmar Baxşıyev
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Oyun çox dinamik alındı. Mövsümün son matçı olsa da, hər iki komanda meydanda yaxşı məzmunlu oyun nümayiş etdirdi. Çoxsaylı qol epizodları yaratdıq. Sonda qalib də gələ bilərdik. Düşünürəm ki, komanda verilən tapşırığı meydanda layiqincə yerinə yetirməyə çalışdı".
Bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 28-ci turunda "Sabah"la heç-heçə etdikləri oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.
"Ümumi götürəndə komanda mövsümü istədiyimiz kimi tamamladı və layiqli yerini tutdu. Daha yüksək pillədə ola bilərdik. Amma turnirin necə ağır keçdiyini dəyərləndirsək, komandanın avrokuboklara getməsindən məmnunuq. İnanıram ki, bu heyəti qoruyub saxlaya biləcəyik. Komandanı daha da güclənmək mütləqdir"- deyə o bildirib.
Baxşıyev heyətlə bağlı fikirlərini də bildirib: "Nicat Mehbalıyevin durumu aydın deyil. O, "Sabah" klubuna məxsusdur. Danışandan sonra aydınlıq gələcək ki, qapıçı götürək, yoxsa yox. Kristof Atanqana növbəti mövsümdə də bizimlə olacaq. Onunla əməkdaşlıqda maraqlıyıq. Urfan Abbasov sabah əməliyyata gedir. Onun yerini doldurmaq vacibdir. Bir-iki mövqe var ki, ora da oyunçu alınmalıdır. Çempionat ərzində sırf "9 nömrə"miz də yoxdur. Bəzən Ülvi İsgəndərov, bəzən Emil Səfərov, bəzən Rafael Utziq oynayır. Turnirdə layiqli çıxış etmək istəyiriksə, bu mövqeləri gücləndirmək vacibdir. Bu gün hər iki komanda məzmunlu oynamağa çalışdı. Futbolçular daha çox açıq futbol nümayiş etdirdi. Hər iki komandaya alqış düşdüyünü düşünürəm. İlk öncə komandanı istirahətə buraxmaq, komplektləşmək, sonra iddiadan danışmaq olar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tacikistan oyunu öncəsi suallar: Niyə bu futbolçulara şans verilmədi?
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı
-
Harri Keyn Bundesliqada tarix yazdı
XƏBƏR LENTİ
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)
-
Qarabağda son döyüş: DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır - (Video)
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Tacikistan oyunu öncəsi suallar: Niyə bu futbolçulara şans verilmədi?
-
Keçmiş baş nazir küçədə broşür payladı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
“Erməni separatçılarının “arzusu”nu dəfn edən gün” — Leyla Tariverdiyevanın “AKTUAL” yazısı
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - (Foto)
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Asiyanın ən varlı insanı odur
-
"Formula 1" ilə əlaqədar bir sıra marşrutların hərəkət istiqaməti dəyişdirilir
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
"Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq" - (Video)
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
-
Füzulidə ağır qəza: 1 ölü, 3 yaralı var
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...





