Gimnastlarımız yubiley medalı ilə təltif ediliblər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mayın 11-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Milli Qəhrəman, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyevin aprelin 22-dən 24-dək Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kubokunda uğurla çıxış edərək 1 qızıl, 1 gümüş medal qazanan qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri ilə görüşü baş tutub.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, görüşdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva da iştirak ediblər.
Görüş çərçivəsində nazir Mədət Quliyev qrup hərəkətləri üzrə yığma komandanın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinanı "Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.
Tədbirdə həmçinin Azərbaycan Gimnastika Federasiyasının bədii gimnastika üzrə yığma komandasının məşqçiləri Siyana Vasileva, Səbinə Qaratova, hakim Yevgeniya Vilyayeva, baş xoreoqraf Kamil Quliyev və baş katib Nurlana Məmmədzadəyə də yubiley medalları təqdim olunub.
Daha sonra çıxış edən nazir Mədət Quliyev ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb, bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. O, qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə gəlişindən sonra ölkəmizdə gimnastika sahəsində qısa müddət ərzində yüksək səviyyəli uğurlar əldə olunub. Mədət Quliyev qrup hərəkətləri üzrə yığma komandamızın Bakıda keçirilən Dünya kubokunda qızıl və gümüş medallar qazanmasını bu uğurların nəticəsi kimi dəyərləndirib.
Görüşün sonunda nazir gimnastların ona ünvanladığı suallarını cavablandırıb, keçdiyi həyat yolundan maraqlı məqamları bölüşüb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
F1 pilotu: "Bakıda tez-tez maraqlı yarışlar keçirilir"
-
Qranit Caka İsveçrə millisindən uzaqlaşdırıldı
-
Salahın foto çəkdirdiyi qaya turistik məkana çevrildi - (Foto)
-
“Real” – “Atletiko” matçının hakimi cəzalandırılacaq
-
Tahir Gözəl: "Məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib"
-
F1-də yarışların məsafəsi qısaldılacaq
XƏBƏR LENTİ
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
-
"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verildi
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç olub, açarlar təqdim olunub - (Yenilənib)
-
Tanınmış klinikada qanun pozuntuları aşkarlandı - 26 min manat cərimə
-
Prezident İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir
-
DYP kənd texnikası sürücülərinə müraciət etdi
-
Türkiyədə 9-cu sinif şagirdi hadisəni “qız məsələsi”nə görə törədibmiş - Təfərrüat
-
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Sumqayıtda avtomobil 53 yaşlı piyadanı vuraraq öldürdü
-
Sentyabrın 23-də Azərbaycanda hava necə olacaq? - Proqnoz
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - (Video/Foto)
-
Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı
-
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
-
Dəmir yolları tezliklə yenidən Xankəndiyə aparacaq - (Video)
-
F1 pilotu: "Bakıda tez-tez maraqlı yarışlar keçirilir"
-
Türkiyədə liseyə silahlı hücumda yaralananların sayı artıb - (Yenilənib)
-
Sabun hazırlaması ilə tanınan Zeynəb Tağıyeva vəfat etdi
-
Tıxacda avtomobillərin üstündən keçə bilən cip - (Video)
-
Bakıda tozlu hava neçə gün davam edəcək?
-
"TRUMP TV" fəaliyyətə başladı
-
Ajda Pekkan səhnədə göz yaşları tökdü - (Video)





