İdman

"Limitlə bağlı fikir bildirəndə üstümə düşdülər ki, nə danışırsan sən?"

30 Aprel 2022 08:23
0 Şərh     Baxış: 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"AFFA İcraiyyə Komitəsinin qərarları ilə tam tanış olmamışam".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov AFFA İcraiyyə Komitəsinin qərarlarına münasibət bildirərkən deyib.

Təcrübəli mütəxəssis legioner limitinin ləğv olunmaması qərarını bu cür dəyərləndirib: "Limitin ləğvinin əleyhinə olan insanlardan biri idim. Bunun üstündə çox dururdum. Düşünürdüm ki, bu, inkişafa əks təsir edir. Həmin ərəfədə futbol mütəxəssisləri üstümə düşdülər ki, nə danışırsan sən, Samir. Əməlli-başlı təzyiq var idi. Ona görə kənarda qaldım. Ləğvini istəyən adama indi niyə ləğv olunmadığı soruşulur. Gördüm ki, özlərini necə yaxşı göstərməyə çalışır, patriotluq edirlər. Ona görə də, dedim ki, daha danışmayacağam".

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan Premyer Liqasında legioner limitinin 6+5 sistemi ilə tətbiqi davam etdiriləcək və çempionatda əvəzetmə sayı dəyişdirilməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.