İdman

"Mançester Yunayted" transferlərə 150 milyon xərcləyəcək

26 Aprel 2022 19:36
0 Şərh     Baxış: 794
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Yunayted" rəhbərliyi yayda İngiltərə klubuna rəhbərlik edəcək komandanın yeni baş məşqçisi Erik ten Haqa indidən ciddi ümidlər bəslədiyi görünür.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, mütəxəssisin ixtiyarında yeni komanda qurmaq üçün transferlər üçün 150 milyon funt-sterlinq olacaq.

Bundan əlavə, mənbənin məlumatına görə, klub Erik Bayi, Fil Cons, Aleks Telles, Aaron Van-Bisaka və Entoni Martialı satmağı planlaşdırır.

Bu futbolçuların satışından əldə olunan pul da heyəti gücləndirmək üçün hollandiyalı çalışdırıcıya yeni futbolçular üçün veriləcək.

Xatırladaq ki, Nemanya Matiç, Pol Poqba, Cessi Linqard, Xuan Mata və Edinson Kavani yayda azad agent kimi "Mançester Yunayted"i tərk edə bilərlər.

Erik ten Haq "Ayaks" ilə müqaviləsi başa çatdıqdan dərhal sonra, iyul ayında Mançesterdə işə başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.