Ukraynanın "Şaxtyor" klubu ilə Polşanın "Lexia"sı arasında baş tutan yoldaşlıq görüşünün sonu duyğulu anlarla bitib.
Belə ki, hesab 2:2 olarkən hakim oyunun sonuna üç dəqiqələri əlavə edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu zaman meydançaya Mariupoldakı bombardmanlardan qaçaraq Polşaya köçmək məcburiyyətində qalan yeniyetmə daxil olub.
Onun son dəqiqələrdə simvolik olaraq rəqib qapısına vurduğu qol oyunun yekun nəticəsini müəyyənləşdirib - 2:3
Dmitri adlı oğlanı bütün stadion ayaq üstə alqışlayıb.
Milli.Az