İdman

Qvardiola 9 dəfə yarımfinala yüksələn ilk baş məşqçidir

14 Aprel 2022 18:06
0 Şərh     Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasında yeni nailiyyətə imza atıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis buna turnirin yarımfinal mərhələsinə vəsiqə qazanmaqla nail olub.

Qvardiola 9 fərqli mövsümdə bunu bacaran ilk baş məşqçi olub. O, 4 dəfə İspaniyanın "Barselona" komandasını, 3 dəfə Almaniya "Bavariya"sını, 2 dəfə isə "şəhərlilər"i yarımfinala yüksəldib.

İspaniyalı mütəxəssis hərəyə 8 dəfə yarımfinala adlayan Karlo Ançelotti və Joze Mourinyonu geridə qoyub.

Qeyd edək ki, "Mançester Siti" 1/4 final mərhələsində iki oyunu nəticəsinə əsasən İspaniyanın "Atletiko" (Madrid) klubunu mübarizədən kənarlaşdırıb - 1:0, 0:0.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.