İdman

“Keçmişdə olanları unutmaq lazımdır” - Eddi İsrafilov

24 Mart 2022 21:51
0 Şərh     Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sabah Malta ilə vacib oyunumuz var. Hamımız birlikdə mübarizə aparıb nəticə qazanmalıyıq".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov deyib.

Malta ilə sabah baş tutacaq yoldaşlıq oyunu öncəsi təşkil olunan mətbuat konfransına qatılan yarımmüdafiəçi görüş və yığmaya qayıdışından danışıb: "Milliyə qayıtdığım üçün xoşbəxtəm. Keçmişdə olanları unutmaq lazımdır. Əsas odur ki, yenidən buradayam. Əlimdən gələni edəcəyim ki, komandanın uğurlarına töhfə verim. Özümü çox yaxşı hiss edirəm. Həm mental, həm fiziki cəhətdən yaxşı formadayam. Hər şey yüksək səviyyədədir".

Qeyd edək ki, Eddi sonuncu dəfə 2019-cu ildə millinin heyətində meydana çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.