İdman

Roman Abramoviç Türkiyə klubunu almaq istəyir

18 Mart 2022 15:06
0 Şərh     Baxış: 1 759
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çelsi"nin sahibi Roman Abramoviç yeni klub almağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, rusiyalı biznesmen "Göztəpə"nin sahibi olmaq niyyətindədir.

Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginlik səbəbindən Britaniya hökuməti tərəfindən sanksiyalarla üzləşən və "Çelsi"ni satmaqdan başqa çarəsi qalmayan Abramoviç Türkiyə tərəfinin jestinə eyni şəkildə qarşılıq vermək istəyir. Türkiyə hökuməti sanksiyalara qoşulmadığı üçün iş adamı Super Liqa təmsilçisi "Göztəpə"yə sahib çıxmaq fikrindədir.

Qeyd edək ki, Roman Abramoviç 2003-cü ildən "Çelsi"yə rəhbərlik edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.