İdman

Prosineçki Yunanıstan klubunun baş məşqçisi ola bilər

13 Mart 2022 13:24
0 Şərh     Baxış: 658
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Yunanıstanın AEK klubunun sükanı arxasına keçə bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis hazırda bu vəzifəyə əsas namizədlərdən biri hesab olunur.

Afina təmsilçisinin hazırda işsiz olan 53 yaşlı baş məşqçi ilə danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, son klubu Türkiyə "Denizlispor"u olan Robert Prosineçki 2014 - 2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.