İdman

Levandovskiyə daha bir müştəri

3 Mart 2022 20:18
Baxış: 1 722
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşa millisinin və "Bavariya"nın futbolçusu Robert Levandovski daha bir klubun maraq dairəsinə düşüb.

Milli.Az-ın apasport.az saytına istinadən məlumatına görə, "Arsenal" hücumçunun xidmətində maraqlıdır.

"Bavariya" Robertlə müqaviləni uzatmaq barədə danışıqlar aparmır. Anlaşması 2023-cü ilin yayında başa çatacaq hücumçu şərtlərə yenidən baxılmasını istəyir. Levandovski təklifləri müzakirə etməyə hazır olduğunu da açıqlayıb. "Arsenal" da bu durumdan yararlanmaq fikrindədir.

Qeyd edək ki, polşalı "Mançester Siti" və "Atletiko"nun da maraq dairəsindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.