İdman

Ukrayna çempionatı Rumıniyada keçirilə bilər

2 Mart 2022 09:52
0 Şərh     Baxış: 1 196
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Premyer Liqasının qalan oyunları Rumıniyada keçirilə bilər.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, bu təkliflə Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku çıxış edib.

Ölkədə müharibə şəraitinin yaranması səbəbindən klub rəhbərliyinin müraciətindən sonra Kiyevi tərk etmək məcburiyyətində qalan təcrübəli mütəxəssis Rumıniya Futbol Federasiyasına bu barədə müraciət edib. O, vəziyyət düzələnə qədər Ukrayna çempionatının matçlarının vətənində təşkilini istəyib. Rumınlar hələlik konkret cavab verməsələr də, bu varianta müsbət yanaşırlar.

Qeyd edək ki, Ukrayna Premyer Liqası XIX turdan sonra dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.