İdman

Qurban Qurbanovdan möhtəşəm jest - FOTO

24 Fevral 2022 23:00
0 Şərh     Baxış: 3 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Konfrans Liqasında keçirilən "Qarabağ" - "Marsel" oyununda maraqlı an yaşanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov rəqib futbolçuların İbrahima Vadjinin qolu əllə vurmasından sonra futbolçusunu yanına çağırıb.

O, futbolçusuna qolu əllə vurub-vurmadığını soruşub. İbrahima Vadji isə qolu əllə vurduğunu etiraf edib və Qurbanov ona bunu hakimə deməsini bildirib.

Nəticədə qol sayılmayıb. Buna görə rəqibin ulduz futbolçusu Dmitri Payet Qurban Qurbanova təşəkkür edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.