İdman

"Marsel"-"Qarabağ" matçında erməni təxribatı - FOTO

18 Fevral 2022 10:04
Baxış: 1 191
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Konfrans Liqası çərçivəsində keçirilən "Marsel"-"Qarabağ" matçında ermənilər daha bir təxribat törədiblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, stadiondakı bir qrup erməni azarkeş tərəfindən qarşılaşmanın gedişində təxribat xarakterli plakat açılıb. Bu plakat stadionun təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra yığışdırılıb.

Bundan əvvəl isə stadionda olan həmin qrup azarkeşlər tərəfindən Ermənistan bayraqları açılıb və müxtəlif şüarlar səsləndirilib.

Qeyd edək ki, dünən "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Ağdam klubu tarixi matçda Fransa "Marsel"inin qonağı olub. "Velodrom" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.