İdman

“Daha çox top fərqi ilə qələbə lazım idi ki, bunu da bacardıq” - Dimitri Paye

18 Fevral 2022 09:16
0 Şərh     Baxış: 1 009
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Heç bir avrokubok oyunu asan keçmir. Biz bu gün nəticə əldə etmək üçün bura gələn və yaxşı futbol oynayan komanda gördük".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Marsel"in hücumçusu Dimitri Paye Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirilən ilk oyun barədə danışarkən deyib.

3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada son nöqtəni qoyan ulduz futbolçu nəticədən razılıq bildirib: "Daha yaxşı çıxış edə bilərdik. İkili qarşıdurmada hər şeydən əvvəl nisbətən daha çox top fərqi ilə qələbəni təmin etmək lazımdır. Bunu da bacardıq. Həmçinin bir az nəfəs almaq mənə ən böyük xeyir verdi. Az oynayan futbolçular da meydanda çıxmaq şansı qazandılar. Hər kəsə ehtiyacımız olacaq, ona görə də hamımız eyni səviyyədə olmalıyıq".

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 24-də Bakıda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.