İdman

Mahir Emreli “Dinamo”da debüt etdi

18 Fevral 2022 07:19
0 Şərh     Baxış: 1 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında debüt edib. Milli.Az matc.az-a istinadən bildirir ki, 25 yaşlı hücumçu İspaniyada "Sevilya"ya qarşı Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda meydana daxil olub.

Mahir 58-ci dəqiqədə Deni Yuriçi əvəzləyib. Lakin o, komandasının 1:3 hesablı məğlubiyyətlə üzləşdiyi oyunda fərqlənə bilməyib. Qarşılaşmadakı bütün qollar ilk yarıda vurulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.