İdman

“Qarabağ”ın yarımmüdafiəçiləri təhlükədə

17 Fevral 2022 21:31
1 Şərh     Baxış: 938
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın iki futbolçusu Konfrans Liqasının pley-off mərhələsinin "Marsel"lə ilk oyununda ikiqat diqqətli olmalıdır.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunlar Ağdam klubunun aparıcı üzvləri Kadi Borqeslə Patrik Andradedir.

Azərbaycan Premyer Liqasının liderinin yarımmüdafiəçiləri cəzalı duruma düşmək təhlükəsi ilə üz-üzədir. Bu üzdən legionerlər Marseldəki matçda həm komanda uğurunu düşünməli, həm də sarı vərəqə almamalıdır.

Növbəti xəbərdarlıq onların qarşıdakı matçda iştirakına qırmızı işıq yandıracaq. "Marsel"lə Bakıda baş tutacaq cavab oyununu, cütün taleyinin həll olunacağı qarşılaşmanı buraxmamaq üçün legionerlər ilk görüşdə ehtiyatlı davranmalıdır.

Qeyd edək ki, komandalar arasında Marseldəki oyun fevralın 17-də, Bakıdakı matç 24-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.