İdman

Çempionlar Liqasında format dəyişdirilir

11 Fevral 2022 20:48
0 Şərh     Baxış: 1 244
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Çempionlar Liqasında yarımfinal və final matçlarının formatını dəyişdirməyə hazırlaşır.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə Avropanın ali futbol qurumunun prezidenti Aleksander Çeferin məlumat verib.

O, bu ideyanı bir neçə klubun prezidentinə, o cümlədən PSJ(Fransa) komandasının sahibi Nasser Əl-Xəlafiyə çatdırdığını və funksionerlərin onunla həmfikir olduğunu deyib.

Qeyd edək ki, yeni dəyişikliyə əsasən, yarımfinal və final oyunlarının əvəzinə "Dördlər finalı"nın təşkil olunacağı gözlənilir. Bu halda yarımfinaldan etibarən ev-səfər qarşılaşmaları ləğv ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.