İdman

Pekin-2022: İdmançımız 18-ci oldu

10 Fevral 2022 09:42
0 Şərh     Baxış: 1 559
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022 Qış Olimpiya Oyunlarında çıxışını başa vurub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, milliləşən rusiyalı idmançı bu gün sərbəst proqramla buz üzərinə çıxıb.

Onun çıxışı 155,04 xalla dəyərləndirilib. Vladimir bu hərəkətdə 19-cu olub. Təmsilçimiz iki proqramın cəmində 239,19 xal toplayıb. Litvintsev yarışı 18-ci yerdə başa vurub. Qısa proqramdan sonra 18-ci olan təmsilçimiz yekunda mövqeyini qoruyub.

Qeyd edək ki, olimpiya çempionu adına yaponiyalı Yuma Kaqiyama ABŞ təmsilçisi Natan Çen yiyələnib. O, 310,05 xal yığıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.