İdman

“Qarabağ”ın üç futbolçusu “Neftçi” ilə oyunu buraxacaq

6 Fevral 2022 18:52
0 Şərh     Baxış: 1 146
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" səfərdə "Neftçi"yə qarşı keçirəcəyi matça ciddi itkilərlə çıxacaq.

Milli.Az xəbər verir ki, "köhlən atlar"ın heyətində zədəlilər - Şahruddin Məhəmmədəliyev və Xayme Romero ilə yanaşı, Patrik Andrade də oynaya bilməyəcək. Sarı vərəqə limitini dolduran 29 yaşlı kabo-verdeli yarımmüdafiəçi cəzalı olduğu üçün bu oyunu buraxacaq.

"Neftçi"də isə əvəzedici heyətə göndərilmiş Mirabdulla Abbasov və zədəli Aqil Məmmədovu nəzərə almasaq, heç bir itki yoxdur.

Qeyd edək ki, fevralın 7-də "Bakcell Arena"da keçiriləcək "Neftçi"-"Qarabağ" matçı saat 19:00-da başlayacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.