İdman

“Azərbaycandan təkliflər var idi, amma xoşuma gəlmədi“ - Qomeş

31 Yanvar 2022 14:10
0 Şərh     Baxış: 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Portuqaliyanın "Rio Ave" klubunun futbolçusu Vitor Qomeş Azərbaycandan təklif alıb.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, 34 yaşlı portuqaliyalı yarımmüdafiəçi bu haqda müsahibəsində deyib.

O, 2015/16 mövsümünün sonunda Azərbaycan klublarından təklif aldığını söyləyib: "2015/2016 mövsümünün sonunda azad agent oldum. Rahat və dinc idim. Yenidən ölkə xaricinə yollanmaq istəyirdim. Azərbaycandan təkliflər var idi, lakin xoşuma gələn bir şey olmadı. "Belenenseş"dən təklif gələnədək gözləməyi seçdim".

Qeyd edək ki, 2021-ci ilin yayından "Rio Ave"də çıxış edən Qomeş 2016/17 mövsümündə "Belenenseş"də oynayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.