İdman

“Neftçi” dünyada 74-cüdür

22 Yanvar 2022 16:36
0 Şərh     Baxış: 734
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İFFHS-in açıqladığı klubların dünya reytinqində irəliləyişə nail olanların siyahısı müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Top-400"ə düşən 404 komandadan 250-si irəliləyişə imza atıb.

153 klub isə geriləyib. Yalnız bir komanda ötənilki mövqeyi dəyişməz qalıb. Moskva "Lokomotiv"i 179-cu sırada qərarlaşıb.

Azərbaycan klubları "Neftçi" və "Qarabağ" irəlıləyən 250 komanda sırasındadır. 543-cü yerdən 263-cü yerə sıçrayan bakılılar 280 addım irəliləyib. Bu, "Top-400"dəki komandalar arasında 74-cü nəticədir.

"Qarabağ" 147-ci sıradan 105-ciyə yüksəlib. 42 pilləlik sıçrayış dünyada 191-cidir.

Ən böyük inkişafa "Marumo Qallants" nail olub. CAR təmsilçisi 1365 pillə irəliləməklə 367-ci yerə qalxıb.

Qeyd edək ki, Braziliyanın "Yuventud" klubu ötən il ümumiyyətlə sıralamada olmasa da, hazırda 335-cidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.