İdman

Azərbaycan klublarının Avropadakı mövqeyi bəlli oldu

21 Yanvar 2022 17:48
0 Şərh     Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İFFHS-in dünya reytinqində yer alan Azərbaycan klublarının Avropadakı mövqeyi bəlli olub.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, "Top-400"ə daxil edilən 404 klubdan 243-ü Avropa təmsilçisidir.

Bunlardan ikisi Azərbaycan klublarıdır. "Qarabağ"la "Neftçi" Köhnə Qitədə də güclülər sırasında yer alıb.

Qurban Qurbanovun yetirmələri 133 xalla Avropada 67-ci yerə şərikdir. Təmsilçimiz "Malmö" və "Ferensvaroş"la eyni göstəriciyə malikdir.

"Neftçi" isə Avropada 148-ci yeri bölüşür. 78,5 xalı olan Samir Abasovun komandası "Elfsborq" və "Başakşəhər"lə şərikdir.

Avropanın ən yaxşısı "Mançester Siti"dir. İngiltərə klubunun 300 xalı var.

Qeyd edək ki, dünya reytinqində "Qarabağ" 105-ci, "Neftçi" 263-cü yeri bölüşən klublar arasındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.