İdman

“Çelsi” niderlandlı futbolçuya görə 40 milyon avrodan keçməyə hazırdır

18 Yanvar 2022 10:30
0 Şərh     Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi" klubunun rəhbərliyi "Barselona"nın 24 yaşlı niderlandlı futbolçusu Frenk de Yonqun  transferi üçün 40 milyon avro xərcləməyə hazır olduğunu bəyan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, lakin verilən ən son məlumata görə, "Barselona" bu təklifi rədd etməyə hazırlaşır.

Kataloniya klubu Frenk de Yonq üçün 60 milyon avro tələb edir.

Frenk de Yonqu əldə etmək uğrunda Münhen "Bavariya"sı, "Mançester Siti"  və "Mançester Yunayted" də mübarizə aparır.

Qeyd de Yonq 2019-cu ilin yayında "Ayaks"dan "Barselona"ya 86 milyon avroya transfer olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.