İdman

Başına plastik çubuq dəyən futbolçunun diaqnozu açıqlandı

17 Yanvar 2022 14:16
0 Şərh     Baxış: 788
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sevilya" klubundan İspaniya kubokunun "Betis"lə matçında tribunadan atılan plastik çubuğun başına tuş gəldiyi yarımmüdafiəçi Xoan Xordanın durumu barədə məlumat veirlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirlib ki, hadisədən sonra dərhal xəstəxanaya çatdırılan ispaniyalıda beyin silkələnməsi aşkarlanıb. Futbolçuya kəllə-beyin travması diaqnozu qoyulub və o, evdə müşahidə altındadır.

Qeyd edək ki, İspaniya kubokunun 1/8 final mərhələsinin "Betis" - "Sevilya" oyununda ilk hissədə hesab 1:1 olarkən tribunalardan atılan plastik çubuq Xordanın başına dəyib. Futbolçunun yerə yıxılmasının ardından oyun yarımçıq dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.