"Barselona"nın futbolçusu Jerar Pike klubdakı maaşının məbləğini açıqlayıb.
Milli.Az bizimmedia-ya istinadla xəbər verir ki, 35 yaşlı müdafiəçi bankdan aldığı arayışı şəxsi tviter səhifəsində paylaşıb. O, ötən il Kataloniya təmsilçisindən cəmi 2,3 milyon avro alıb.
Onun sözlərinə görə, bu məbləğ ümumi məvacibin 50 faizidir. Həmçinin Pike bununla ötən il vergilərdən əlavə 28 milyon avro qazandığı barədə yayılan məlumatları təkzib edib.
Qeyd edək ki, Jerar Pike "Barselona"da pandemiya ilə bağlı yaranmış maliyyə çətinliyinə görə maaşının böyük hissəsindən imtina edib.
Milli.Az