İdman

Lorenzo İnsinye MLS klubu ilə anlaşıb

5 Yanvar 2022 04:34
0 Şərh     Baxış: 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Napoli"nin hücumçusu Lorenzo İnsinyenin yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı forvard MLS-də çıxış edəcək.

İtaliya millisinin üzvü "Toronto" ilə müqavilə imzalamağa hazırlaşır. Tərəflər danışıqlar prosesinin müsbət nəticələnəcəyinə əmindir. Yaxın günlərdə futbolçu ilə Kanada klubunun nümayəndələri İtaliyada görüşəcək.

Müqavilə 5 il yarım müddətinə imzalanacaq. İnsinyenin yeni komandasında illik maaşı 11 milyon avro olacaq. Daha 4,5 milyon avro bonuslardır. Onun neapollularla müqavilə müddəti bu ilin yayına qədər olduğundan, "Toronto" ulduz futbolçunu azad agent kimi heyətinə cəlb edəcək.

Qeyd edək ki, 2010-cu ildən "Napoli"nin formasını geyinən Lorenzo İnsinye bu müddətdə 415 oyun keçirib, 114 qol vurub, 91 məhsuldar ötürmə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.