İdman

"Real"ın sabiq futbolçusu balıqçılıqla məşğul olur - FOTO

3 Yanvar 2022 13:30
0 Şərh     Baxış: 879
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Portuqaliya millisinin və Madrid "Real"ının sabiq futbolçusu Fabio Koentraounun yeni işi hamını təəccübləndirib.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, 33 yaşlı sabiq futbolçu şəxsi gəmisi vasitəsilə balıq biznesi ilə məşğul olur. O, qatıldığı bir proqramda həyatı və işi ilə bağlı bunları deyib:

"Dənizdə yaşamaqdan utanmıram. Dənizlərimiz çox gözəldir və bizim bu dənizlərə ehtiyacımız var. Balıq tutmağı çox sevirəm. Bu işdə çalışan çox adam var. Bu peşəyə hörmət edilməlidir".

Qeyd edək ki, Koentrao karyerası ərzində "Benfika", "Real" ( Madrid ), "Monako" və "Sportinq" (Lissabon ) kimi önəmli klubların şərəfini qoruyub. O, 363 matçda 27 qol və 41 məhsuldar ötürmə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory