İdman

21-ci əsrdə transferlərə ən çox pul xərcləyən FUTBOL KLUBU

29 Dekabr 2021 13:42
0 Şərh     Baxış: 1 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

21-ci əsrdə oyunçu transferlərinə ən çox pul xərcləyən Londonun "Çelsi" klubu olub. 

Milli.Az Lent.az-a istinadən bildirir ki, komandanın adını Transfermarkt.de portalı öz "Instag"ram səhifəsində açıqlayıb.

Mənbənin məlumatına görə, paytaxt klubu 2000-ci ildən yeni futbolçuların alınmasına 2,4 milyard avro xərcləyib. Reytinqdə ikinci yeri futbolçulara 100 milyon avro az xərcləyən "Mançester Siti" tutub.

Üçüncü-dördüncü yerləri İspaniyanın "Real"ı və "Barselona"sı bölüşdürüb. Onların oyunçulara xərcləmələri 2,2 milyard qiymətləndirilir.

2003-cü ilin yayından "Çelsi" rusiyalı iş adamı Roman Abramoviçə məxsusdur. O vaxtdan bəri klub 5 dəfə İngiltərə çempionu olub. Keçən mövsüm londonlular Çempionlar Liqasının qalibi olublar, 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.