İdman

“Qalatasaray”dan gedəcək ilk futbolçu bəlli olub

28 Dekabr 2021 18:42
0 Şərh     Baxış: 774

"Qalatasaray" qış fasiləsində yola salmaq istədiyi ilk futbolçunu müəyyənləşdirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, müdafiəçi Patrik van Anholtun çıxışı məşqçilər korpusunun ürəyincə olmayıb.

Yay fasiləsində "Kristal Pelas"dan ayrılaraq "cim-bom"la 3 illik müqavilə imzalayan Niderland millisinin üzvü zəif çıxışla diqqət çəkib. Bu üzdən 31 yaşlı sol cinah oyunçusu baş məşqçi Fatih Terimin gələcək planlarında yer almayıb. Təcrübəli mütəxəssis artıq həmin mövqeyə oyunçu alınması üçün göstəriş verib.

Van Anholtla yolların ayrılması ilə bağlı qərarın verilməsində onun yüksək məbləğdə məvacib alması da rol oynayıb.

Milli.Az

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics