İdman

“Şansımız var”

25 Dekabr 2021 09:04
0 Şərh     Baxış: 612
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya millisinin baş məşqçisi Roberto Mançini dünya çempionatının final mərhələsinə yollanma şanslarını dəyərləndirib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, təcrübəli mütəxəssis komandasının Qətərdəki mundialda iştirak edəcəyinə inanır.

Mançini DÇ-2022-nin seçmə qrup mərhələsində İsveçrədən geri qalmalarını normal hesab edir. Son Avropa çempionu yenə də pley-off mərhələsində qələbəyə inanır: "Mən nikbinliyimi qoruyuram. Çünki İsveçrə ilə qrupdakı mübarizənin çətin olacağını bilirdim. Bazeldəki görüşdə (0:0) üstün olduq, amma uğursuzluq da var. Xoşbəxtlikdən başqa şansımız var və Qətərə getmək üçün əlimizdən gələni etməliyik".

Qeyd edək ki, İtaliya millisi pley-off mərhələsinin yarımfinalında gələn il martın 24-də Şimali Makedoniya ilə qarşılaşacaq. Qələbə qazanan komanda Türkiyə - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq və finaldan üstün ayrılan yığma final mərhələsinə yollanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.