İdman

Avropanın ən yaxşı formada olan klubları - “Qarabağ” “10-luğ”un astanasında

23 Dekabr 2021 08:58
0 Şərh     Baxış: 1 115
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropada ən yaxşı formada olan komandaların adları müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bütün turnirlər daxil olmaqla son 10 oyunda ən uğurlu nəticə göstərən 10 klub açıqlanıb.

Cədvələ İspaniya La Liqasının lideri "Real" başçılıq edir. "Kral klubu" yalnız son matçda heç-heçə edərək, qələbə seriyasını dayandırıb. "Mançester Siti", "Sportinq", "Bavariya", "Dnep-1" və "Trabzonspor" da madridlilər kimi, son 10 görüşün 9-da qələbə qazanıb. Yeganə fərq ondadır ki, adları sadalanan komandalar digər bir qarşılaşmadan məğlub ayrılıb.

Azərbaycan Premyer Liqasının lideri "Qarabağ" son 10 oyunun 6-da qələbə qazanıb, 2-də heç-heçə edib, 2-də isə məğlub olub. Bu göstərici ilə Ağdam təmsilçisi qitənin ilk "10-luğ"una düşməsə də, siyahıya ən yaxın komandalardan biri olub.

1. "Real" (İspaniya) - 9 qələbə, 1 heç-heçə
2-6. "Mançester Siti" (İngiltərə) - 9 qələbə, 1 məğlubiyyət
"Sportinq" (Portuqaliya) - 9 qələbə, 1 məğlubiyyət
"Bavariya" (Almaniya) - 9 qələbə, 1 məğlubiyyət
"Dnep-1" (Ukrayna) - 9 qələbə, 1 məğlubiyyət
"Trabzonspor" (Türkiyə) - 9 qələbə, 1 məğlubiyyət
7-8. "İnter" (İtaliya) - 8 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət
"Liverpul" (İngiltərə) - 8 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət
9. "Royal Yunion" (Belçika) - 8 qələbə, 2 məğlubiyyət
10. "Başakşəhər" (Türkiyə) - 7 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.