İdman

"Qarabağ" pley-offda bu komandaya RƏQİB OLDU

13 Dekabr 2021 17:15
Baxış: 3 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Milli.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da pley-offdakı rəqibinin də adına aydınlıq gəlib. Səpələnmişlər səbətində yer alan Ağdam təmsilçisinin rəqibi (səpələnməmişlər səbətində yer alan 8 komandadan biri, Avropa Liqasının qrup üçüncüsü - red.) Fransa təmsilçisi "Olimpik Marsel" olub.

Qeyd edək ki, pley-off mərhələsində ilk matçlar 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə fevralın 24-də oynanılacaq. Mərhələni keçən tərəf Konfrans Liqasının 1/8 finalına yüksələcək.

Konfrans Liqası
Pley-off

"Marsel" (Fransa) - "Qarabağ" (Azərbaycan)
PSV (Niderland) - "Makkabi" (Təl-Əviv, İsrail)
"Fənərbaxça" (Türkiyə) - "Slaviya" (Çexiya)
"Midtülland" (Danimarka) - PAOK (Yunanıstan)
"Lester" (İngiltərə) - "Randers" (Danimarka)
"Seltik" (Şotlandiya) - "Bodo Qlimt" (Norveç)
"Sparta" (Çexiya) - "Partizan" (Serbiya)
"Rapid" (Avstriya) - "Vitess" (Niderland)/"Tottenhem" (İngiltərə)

Məhəmməd Vaqif
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.