İdman

Mahirli “Legiya” Krivotsyukun komandasına da uduzdu

12 Dekabr 2021 21:25
0 Şərh     Baxış: 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Polşa çempionatında 18-ci turun oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi "Legiya" da növbəti matçına çıxıb. 

Varşava təmsilçisi səfərdə Azərbaycan millisinin digər üzvü Anton Krivotsyukun komandası - "Visla" (Plotsk) ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb - 1:0.
 
Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.
 
Krivotsyuk isə sarı vərəqə limitini doldurduğu üçün bu görüşdə forma geyinməyib.
 
"Visla" 18 oyuna topladığı 26 xalla 18 kollektiv arasında 7-cidir. "Legiya" isə 12 xalla sonuncu pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.