"Nəticə istədiyim kimi alınmasa..." - Qurban Qurbanov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. Matça ciddi hazırlaşmışıq. Futbolçularımdan daha yaxşı oynamağı tələb etmişəm".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda "Bazel"lə oyun öncəsi mətbuat konfransında deyib.
O, zədəsini sağaldan müdafiəçi Kevin Medinanın bu gün komandaya qoşulacağını söyləyib: "Məşq etdikdən sonra ümumi gedişata baxacağıq. Hazır olsa, oynamaq ehtimalı var. Amma hələ məndə də bu barədə dəqiq məlumat yoxdur".
Qurbanov "Bazel"in oyununda yaxşı mənada dəyişiklik olduğunu vurğulayıb: "Bakıdakı görüşdə bir neçə futbolçusu idman formasından uzaq idi. Amma artıq istədikləri səviyyəyə gəlib çatıblar. Çox uğurlu seriya yaxalayıblar. Sadəcə, son oyunda qələbə qazana bilmədilər. Oyun üslublarında dəyişiklik olmasa da, etdiklərini daha da yaxşılaşdırıb və sürətləndiriblər. Rəqibin çox oyununu izlədim. Geniş heyətə malikdir. Meydana eyni səviyyədə 11 oyunçu buraxmaq gücündədir".
Baş məşqçi bu cür matçların komandası üçün yaxşı təcrübə olduğunu söyləyib: "Biz bunu özümüzdə hiss edirik. Rəqib son vaxtlar daha da inamlı oynayır. Yaxşı mübarizə aparıb layiqli oyun göstərməyi çox istəyirik. Bu komandaya qarşı oynamaq bizim üçün xoşdur. Meydanda fərqli dinamika və düşüncə olacaq. Ona görə də futbolçularım öz oyunlarını sərgiləməklə yanaşı, rəqibin meydanda nə etmək istədiyini də izləməlidir. Bunları edə bilsək, maraqlı oyunun şahidi olacağıq".
Qurbanov nəticələrə baxanda "Qarabağ"ın səfərdə daha yaxşı oynadığı göründüyünü deyib: "Amma qrupun son matçı olduğundan bu görüşün evdə və ya səfərdə keçirilməsinin heç bir önəmi yoxdur. Çox istərdim ki, futbolçularım bu oyunu inamlı şəkildə sona çatdırsınlar".
O, əsas hədəflərinin qrup birinciliyi olduğunu əlavə edib: "Yaxşı oyunla yaxşı qələbə əldə etmək istəyirik. Lakin komandam avrokubok matçlarını elə formada keçirib ki, oyunçulara iradım yoxdur. İnanıram ki, sabah nəticə istədiyim kimi alınmasa da, futbolçularımın çıxışından razı olacağam".
Qeyd edək ki, dekabrın 9-da keçiriləcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Ronaldo ilə Jorje Jesus arasındakı qalmaqalla bağlı həqiqət açıqlandı
-
Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq
-
Arda Güler cəzalandırıldı
XƏBƏR LENTİ
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir
-
Oktyabr 3 BÜRC üçün çətin keçəcək
-
Toyda gəlinlə bəyin əsəbi üz ifadələri gündəm oldu - (Video)
-
Kaşpirovski 87 yaşında vəfat etdi
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bakının bu ərazisində 15 oktyabrdan maşınların hərəkəti tamamilə qadağandır





