İdman

“Mançester Siti”nin tarixinə düşdü

7 Dekabr 2021 22:47
0 Şərh     Baxış: 804
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"də noyabrın ən yaxşı oyunçusu müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Portuqaliya millisinin futbolçusu Bernardo Silva ötən ayın ən yaxşısı seçilib.
 
27 yaşlı yarımmüdafiəçi azarkeşlər arasında keçirilmiş sorğuda 48 faiz səs toplayıb. Joao Kanselo 35 faiz səslə ikinci, Rodriqo isə 17 faiz səslə üçüncü olub.
 
Ardıcıl 3-cü dəfə bu ada layiq görülən oyunçu "Mançester Siti"nin tarixinə düşüb. Buna qədər heç bir futbolçu ardıcıl üç dəfə bu komandanın ən yaxşısı seçilməmişdi.
 
Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən "Mançester Siti"də çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.