Cəmiyyət

Nadir təbiət hadisəsi: Milyonlarla buzlu kürə gölün üzərini örtdü - VİDEO

29 Noyabr 2021 14:42
0 Şərh     Baxış: 1 664
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kanadadakı göllərdən birində nadir təbiət hadisəsi müşahidə olunub.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, gölün üzəri milyonlarla kürəşəkilli buz parçalarıyla örtülüb.

Yerli sakinlərdən biri görüntüləri çəkərək paylaşıb.

Ekspert Vinsent Makfarley kürələrin gölün dibindən yuxarıya qalxdığını bildirib. O, buz parçalarının küləyin qarı suya sovurması nəticəsində yarandığını izah edib.

Makfarleyin sözlərinə görə, nadir rast gəlinən bu fenomenin baş tutması üçün gölün üzəri buz təbəqəsilə örtülməməli, lakin su kifayət qədər soyuq olmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.