Cəmiyyət

Barter əməliyyatlarının əvəzləşdirilməsi qanunvericiliyə əsasən tənzimlənir

28 Noyabr 2021 21:00
0 Şərh     Baxış: 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. İki vergiödəyicisi barter əməliyyatlarını elektron qaimə-faktura əsasında rəsmiləşdirir.

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə barter əməliyyatları və onun vergiyə cəlb olunması qaydalarını izah edən iqtisadçı ekspert Cavid Vəlizadə bildirib.

Onun sözlərinə görə, barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır. Eyni zamanda, vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir: "Barter əməliyyatlarının əvəzləşdirilməsi də qanunvericiliyə əsasən tənzimlənir. Vergi Məcəlləsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur".

Qeyd olunub ki, malların barter edilməsi ƏDV-yə cəlb edilən əməliyyat hesab olunur və aparılan əməliyyatların müqabilində tərəflər arasında verilən elektron qaimə-fakturalar üzrə ƏDV-nin məbləğləri ƏDV-nin depozit hesabına ödənildiyi halda həmin məbləğlər əvəzləşdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.