Cəmiyyət

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

30 Noyabr 2021 22:45
0 Şərh     Baxış: 1 013
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Təbii antibakterial olan zərdəçaldan (sarıkök) həm civzələrin yox edilməsi, həm də dərinizin parlaq və sağlam saxlanılması üçün istifadə edə bilərsiniz.

Zərdəçal maskası üçün lazım olan məhsullar:

- Orqanik (təbii) alma sirkəsi

- 1/2 çay qaşığı zərdəçal tozu

- 1 yemək qaşığı təbii bal

- Süd

- Pambıq

Tətbiq qaydası:

- Alma sirkəsini pambığa tökün və dərinizə çəkin. Maskanı çəkməmişdən əvvəl 5 dəqiqə gözləyin.

- Zərdəçal tozunu balla qarışdırın. Gözlərinizə təmas etməməsinə diqqət edərək maskanı üzünüzə çəkin.

- 15-20 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın. Əgər zərdəçal tozu dərinizdə sarımtıl iz qoyubsa, bunu südlü pambıqla təmizləyə bilərsiniz. Maskanı həftədə 2 dəfə tətbiq edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.