Cəmiyyət

Vaxtından əvvəl pensiyaya çıxmaq mümkün olacaq? - Deputat AÇIQLADI - VİDEO

20 Noyabr 2021 15:07
0 Şərh     Baxış: 1 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaşlananda alacağı pensiyanı işlədiyi dövrdə ödədiyi vergi vasıtəsi ilə yığan vətəndaş bu pensiyasını daha tez, lazımi limitə çatmadan da ala bilər. Yəni vaxtından əvvəl də yaşa görə pensiya almaq olar. Milli Məclisin büdcə müzakirələrində edilmiş bu təklifin təfərrüratlarından danışacağıq. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Azərbaycanda insanlar vaxtından əvvəl pensiya ala bilər. Bu, yığılmış pensiya kapitalından pensiya yaşına çatmadan istifadənin mümkünlüyü haqqında təklif qəbul ediləcəyi təqdirdə mümkün ola bilər. Millət vəkili Vüqar Bayramov vaxtından əvvəl pensiya kapitalından istifadə hallarından əvvəlcədən istifadə olunması ilə bağlı bir çox ölkələrdə qanun layihələrinin mövcud olduğunu deyir. 

Millət vəkili deyir ki, bu təklifin qəbul edilcəəyi təqdirdə ölkədə pensiya kapitalına maraq artar, pensiya kapitalından daha səmərəli istifadəyə imkan yaranar. Azərbaycanda pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı minimum pensiyanın 144 mislinə, yəni 12 illik həddinə bərabər olur. Milli Məclisin büdcə müzakirələrində edilən təklifin digər məqamına görə tez pensiyaya çıxmaq istəyən vətəndaşın pensiya kapitalının həcminin 144-ə deyil, fərqli rəqəmə bölünməsi sayəsində mümkün ola bilər.

Hazırda Azərbaycanda kişilər 65 yaşda, qadınlar isə 62.5 yaşda pensiyaya çıxır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.