Cəmiyyət

Bakıda bu binalarda istilik yoxdur - VİDEO

17 Noyabr 2021 14:22
5 Şərh     Baxış: 1 299
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xətai rayonu, Gəncə prospekti 89,95 ünvanlarında yerləşən binalarda istilik yoxdur.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, dünəndən Bakıda istilik mövsümünə rəsmi olaraq başlansa da, bəzi binaların sakinləri istiliyin üzünə həsrət qalıblar.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər, amma şikayətləri cavabsız qalıb.

Havaların qeyri- sabit keçməsi isə soyuq evlərin sakinlərinin vəziyyətini daha da çətinləşdirib.

Məsələ ilə bağlı "Azəristiliktəchizat"la əlaqə saxladıq. Qurumun rəsmisi Rafiq Əliyev "Xəzər Xəbər"ə bildirdi ki, qazanxanalar qrafik üzrə işə salınır. Həmin binalar da qrafikə əsasən bu gün gecədən etibarən istiliklə təmin olunacaqlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.