Qul haqqı barədə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uca Allah qul haqqına aid olan günahları bağışlamayacaq və qiyamət günü insanlar hesaba çəkildikləri zaman bütün haqq sahibləri, yəni, vaxti ilə haqqları pozulmuş şəxslər, borcları qaytarılmayan borc sahibləri və s. zərər çəkmişlər öz haqlarını onlara zülm etmiş şəxslərdən alacaqlar. Yalnız dünya həyatında zülm etdiyi adamdan halallıq alanlar istisnadır. Axirət meydanında alacaq olan kimsə borclunun savabından alır. Lakin borclunun savabı yoxdursa, onda alacağı miqdar qədər əvəzində günahından borclu olana ötürür. Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) buyurmuşdur: "Bilirsinizmi müflis kimdir?", səhabələr (Allah onlardan razı olsun) dedilər ki: "Ey Allahın Rəsulu, bizcə müflis pulu və malı olmayandır". Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Ümmətimdən müflis o kimsədir ki, qiyamət günündə namaz, oruc və zəkat ilə gəlir, fəqət (bununla bərabər) birini söymüş, birinə iftira atmış, birinin malını (haqsız olaraq) yemiş, birinin qanını tökmüşdür. Buna görə onun yaxşılıqlarından bütün haqq sahiblərinə verilir. Üzərində olan haqlar ödənmədən savabları tükənirsə, onda haqq sahiblərinin günahları o kimsəyə yüklənir və sonra o kəs Cəhənnəmə atılır". (Muslim, 2581).
Həmçinin demişdir: "Kimin üzərində din qardaşının haqqı varsa bunu ona halal etdirsin. Çünki o gün (qiyamət günü) borcunu vermək üçün nə dinar vardır, nə də dirhəm. (Bu borcunu) onun savablarından alınıb ona verilmədən və ya yaxşı əməlləri (savabları) olmadıqda, veriləcək kimsədən günahları alınıb borcluya yüklənmədən əvvəl bunu etsin (yəni Qiyamət günü və ölüm gəlmədən bunu ödəsin və ya halallığını istəsin)". (Səhih əl-Buxari, 7/197).
Başqa səhih bir hədisdə də belə buyurulmuşdur: "Qiyamət günü hər kəsin haqqı veriləcək; hətta buynuzsuz qoç buynuzlu qoçdan (onu vurduğuna görə) öz haqqını alacaq". (Səhih Muslim "əl-Birr vəs-Sılə vəl-Ədəb", 4679).
Uca Allah buyurur: "O gün (Qiyamət günü) insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır". (əz-Zəlzələ, 6-8).
"O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır...". (Ali İmran, 30).
"Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onları cəzalandırmağı gözlərin bərələ qalacağı günə saxlayır." (İbrahim, 42).
Teqlər: axirət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bağçalara növbəyə yazılma vaxtı açıqlanıb
-
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yeniləndi
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib - (Foto)
-
BDYPİ-dən hərəkət iştirakçılarına müraciət
-
Bakıda Dördüncü İqlim Həftəsinin üçüncü günü keçirilir
-
Bakının bu yollarında tıxac var
XƏBƏR LENTİ
-
Bağçalara növbəyə yazılma vaxtı açıqlanıb
-
Müğənni Səidənin əri ilə rəqsi yarımçıq qaldı – Müzakirə yaradan Video
-
Xalq artisti xəstəxanaya yerləşdirildi
-
“Qarabağ”ın keçmiş qapıçısı azarkeşləri hədələdi - Klubdan qovdular
-
“General Hospital”ın baş həkimi və poliklinika həkimi məhkəmə qarşısında
-
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yeniləndi
-
Cahid İsayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
-
Messi Avropada klub alır
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib - (Foto)
-
Azərbaycanın Xalq artisti Aleksandr Şarovski vəfat edib
-
Arda Gülerə Çempionlar Liqasından möhtəşəm mükafat - Luiş Fiqu təqdim etdi - (Foto)
-
BDYPİ-dən hərəkət iştirakçılarına müraciət
-
Paşinyan Fransaya getdi
-
Abdullah Zubirin Səudiyyə Ərəbistanında çıxışına maneə
-
Bakıda Dördüncü İqlim Həftəsinin üçüncü günü keçirilir
-
Dünya bazarında neft yenidən bahalaşdı
-
Bakının bu yollarında tıxac var
-
Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
-
Qatıq və ya süd deyilmiş: Bağırsaqlar üçün ən faydalı qida məlum oldu
-
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
-
Heç vaxt yola getməyən bürc cütlükləri
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya





